Azərbaycanda hotellərin sayı artırılacaq

Azərbaycanda hotellərin sayı artırılacaq
12:57 25 Aprel 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda hotellərin sayı artırılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tətbiqinə həsr olunan tədbirdə bildirib.

Sektor müdiri qeyd edib: "140 min yataq yeri ilə kifayətlənməməliyik, onların sayı artırılmalıdır".

M.Qəhrəmanov bildirib ki, mehmanxanalar üçün halal standartlarının tətbiqi ölkələr üçün könüllüdür:

"Elə müsəlman ölkələrindən gələn şəxslər var ki, onlar gəldikləri mühitdən uzaqlaşmaq, bu mühitdən kənarda qalmaq istəyirlər, amma 70 faiz öz mühitində qalmaq istəyir. Bunun üçün də biz öz cəlbediciliyimizi artırmalıyıq. Halal standartın yaradılması da bu yollardan biridir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR