Keniyada avtobusla yük maşını toqquşub, azı 27 nəfər ölüb

Keniyada avtobusla yük maşını toqquşub, azı 27 nəfər ölüb
13:21 25 Aprel 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Keniyada avtobusla yük avtomobilinin toqquşması nəticəsində azı 27 nəfər ölüb.
“Report” “Associated Press”ə istinadən xəbər verir ki, qəza ölkənin iki böyük şəhərini Keniyanın paytaxtı Nayrobi ilə Mombasunu birləşdirən avtomobil yolunun kəsişməsində olub.
Yerli polisin məlumatına görə, hadisə baş verən zaman avtobus Mombasuya doğru, yük maşını isə əks istiqamətdə hərəkət edirmiş.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Yerli polisin statistikasına əsasən, hər il Keniyada yol-nəqliyyat qəzaları nəticəsində 3 minə yaxın insan ölür.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/keniyada-avtobusla-yuk-masini-toqqusub-azi-27-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR