Yüksək təzyiqi aşağı salmaq üçün

Yüksək təzyiq insanların ən çox üzləşdikləri sağlıq problemlərindəndir. Yüksək təzyiq insanı infarkta qədər gətirib çıxara bilər.

Bəs necə edək ki, ev şəraitində yüksək təzyiqi aşağı salaq?

Metbuat.az sizə asan və sadə 4 vasitə təqdim edir:

1. Masaj

Yavaş hərəkətlərlə boyunu masaj etmək lazımdır.

2. Sirkə kompresi

2 parça götürülür, alma yaxud üzüm sirkəsinə batırılır. Ayağın altında, dabanlarda 5-7 dəqiqə saxlanılır. 20 dəqiqə sonra təzyiqinizi yoxlayın. Təzyiq düşməyibsə, yenidən edin.

3. Quşüzümü şirəsi

100 ml. şirəyə eyni miqdarda bal qatılır. Balaca qaşıqla gündə 3 dəfə qəbul edilir. Bu xroniki təzyiqə çox yaxşı effekt göstərəcək.

4. Xüsusi nöqtə

Qulağın sırğa yerindən çiynin körpücük yerinə kimi olan düz xətti barmaqla yavaş-yavaş masaj etmək lazımdır. Boynun hər iki tərəfini 8-10 dəfə sığallamq lazımdır. Bundan əvvəl və sonra təzyiqi ölçüb yoxlamaq lazımdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR