Elmar Məmmədyarov məzarlıqda - FOTOLAR

Elmar Məmmədyarov məzarlıqda - FOTOLAR
13:38 25 Aprel 2017
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Litvanın müstəqilliyi uğrunda mübarizədə həlak olanların memorialına əklil qoyub.

Publika.az-a Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Litvaya rəsmi səfəri çərçivəsində xarici işlər naziri E.Məmmədyarov Antakalnis məzarlığında Litvanın müstəqilliyi uğrunda mübarizədə həlak olanların Memorialına əklil qoyulması mərasimində iştirak edib.

Fəxri qarovulun müşayiəti ilə keçirilən mərasimdə nazir E.Məmmədyarov Litvanın müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsini ehtiramla yad edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/196395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR