AFFA İntizam Komitəsi "Neftçi"yə texniki məğlubiyyət verib - 12-dən sonra

AFFA İntizam Komitəsi "Neftçi"yə texniki məğlubiyyət verib - 12-dən sonra
13:41 25 Aprel 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ "Neftçi" futbol komandası texniki məğlubiyyətlə üzləşib.
"Report"un məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar verib. Səbəb kimi flaqmanın səfərdə "Zirə" ilə keçirdiyi Azərbaycan Premyer Liqasının XXVII tur matçında legioner limitini pozması göstərilib.
Qeyd edək ki, bu qərardan sonra xallarını 36-ya yüksəldən "Zirə" 4-cü pillədə möhkəmlənib və Avropa Liqasına vəsiqəni böyük ölçüdə təmin edib. Vəsiqəni rəsmiləşdirmək üçün Ayxan Abbasovun baş məşqçi olduğu komandaya aprelin 29-da səfərdə AZAL-a qarşı keçirəcəyi son tur matçında heç-heçə də yetərlidir. 29 xalla 7-ci pillədə qalan "Neftçi" isə Avroliqa şanslarını tam itirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-i-ntizam-komitesi-neftci-klubuna-texniki-meglubiyyet-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR