Alçanın bu faydalarına inanmayacaqsınız

Alçanın tərkibi A, C, B vitaminləri, kalium, maqnezium, fosfor və dəmirlə zəngindir.

Metbuat.az xəbər verir ki, artıq mövsümü olan alçanı yeməkdən imtina etməyin. Alça sağlam və gözəl bədən quruluşuna sahib olmağınıza səbəb olan meyvələrdən biridir.

Yaşıl alça ağciyər xərçənginə qarşı qoruyur. Tərkibi antioksidantlarla zəngindir.

Araşdırma nəticəsində məlum olub ki, alça soyuqdəymə, öskürək və bir çox xroniki ağciyər problmelərinə qarşı əvəzsiz vasitədir.

Stresə qarşı qoruyucudur və sakitləşdirici təsiri var.

Ağız sağlamlığı üçün, xüsusilə diş ətlərinin güclənməsinə kömək edir.

Arıqlamaq istəyənlər, çoxlu alça yeyin. Dəmir əksikliyi yaşayanlar və anemiya xəstələri üçün təsirlidir. Qəbizliyin qarşısını alır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR