"Valyutadəyişmə məntəqələrinin bərpası "qara bazarı" ləğv edəcək"

"Valyutadəyişmə məntəqələrinin bərpası "qara bazarı" ləğv edəcək"
13:42 25 Aprel 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Valyuta tənzimi haqqında" qanuna müvafiq dəyişikliklər müzakirəyə çıxarılb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dəyişikliklərdə Azərbaycanda fiziki və hüquqi şəxslərə valyutadəyişmə məntəqələri açmağa icazə verilməsi təklif olunur.

Millət vəkilləri bu dəyişikliyi müsbət qiymətləndirib.

Deputat Elmira Axundova bildirib ki, valyutadəyişmə məntəqələri həm "qara bazarı" ləğv edəcək, həm də ölkəmizə valyuta axınını artıracaq:

"Valyutadəyişmə məntəqələrinin açılması xarici turistlər üçün əhəmiyyət daşıyır. Xarici qonaqlar bəzən Azərbaycanda valyutanı dəyişə bilmirdilər və xarici valyuta yenidən ölkədən çıxırdı. Amma valyutadəyişmə məntəqələrinin açılması xarici turistlərə imkan verəcək ki, dolları manata dəyişsinlər. Bu həm də ölkədə turizmin inkişafına töhfə verəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR