3-cü Dünya Müharibəsi başlayır?

Son illər dünyadakı siyasi vəziyyət mürəkkəbləşməyə doğru gedir. Suriya məsələsində ABŞ-la Rusiya arasında gərginlik, nüvə təlimləri ilə bağlı ABŞ-la Şimali Koreya arasında yaranan ziddiyyət, bu məsələlərin konteksində ölkələrin tərəf dəyişməsi gərginliyi daha da artırır. Tərəflər bir-birini hərbi yola ət atmaqla hədələyir. Belə olan təqdirdə, dünyadakı vəziyyət bizi müharibəyəmi sürükləyir?

Mövzu ilə bağlı Metbaut.az-a açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirdi ki, son 30 ildə dünyada vəziyyət gərgin vəziyyət alıb:

“ABŞ-ın İraqa, Əfqanistana hücumundan bəri vəziyyət heç bu qədər gərginləşməmişdi. Məsələyə hərbi-siyasi nöqteyi nəzərdən yanaşanda, belə bir qənaətə gəlmək olur ki, iri dövlətlərin, ABŞ və Rusiyanın maraqlarının kəsişdiyi hazırki nöqtə Suriyadır. Bu baş verənlər və baş verənlərin fonunda yarana biləcək irimiqyaslı qarşıdurmalar haqqında artıq bu gün danışmaq düzgün deyil. Ona görə ki, İndi müharibələrin qaydası dəyişib. Hazırda düyada iri dövlətlər, Amerika və Rusiyanın maraqlarının kəsişdiyi ərazilərdə müharibələr aparılır. Müəyyən rezident kəşfiyyatçılar vasitəsilə bu konfliktin alovlanmasına kömək edilir. Hazırda Suriyada “3-cü Dünya Müharibəsi” gedir. Bu müharibə əslində Qərblə Şərqin arasında gedən müharibədir. Fikir verirsinizsə, bir tərəfi Rusiya maliyyələşdirir, digər tərəfi isə Qərb. Çox gərgin vəziyyətdir. Bu meharibəni nə vaxt bitəcəyini indidən demək mümkün deyil. Görünən odur ki, ölkələr milyardlarla dollar pul xərcləyərək, öz maraqlarını başqa ərazilərdə reallaşdırır”.

Hərbi jurnalist əlavə etdi ki, irimiqyaslı müharibə baş verərsə, burada Rusiya, Çin, İran əsas 3-lük olaraq digər qərb dövlətləri ilə müəyyən məsələlərə aydınlıq gətirəcəklər:

“Türkiyənin isə istiqaməti əvvəldən qeyri-müəyyəndir. Hətta, deyərdim səhvdir. Türkiyə bir əsr ərzində dəfələrlə istiqamətini dəyişib. Ona görə də, tərəflər Türkiyənin hansı məqamda olmasına etibar etmirlər. Ona görə də, həm qərb, həm şərq Türkiyəni öz sırasına ala bilmir. Dünyada gərginlik baş qaldırarsa, Azərbaycan yaxın qoşusu ilə sülh və əminamanlıq şəraitini qorumaq şərtilə konfliktə qoşulmamalı dünyada baş verən proseslərdə İsveçrə modelini tədbiq etməlidir. Əks təqdirdə, Azərbaycan ciddi problemlərlə qarşılaşa bilər”.

Xəyalə Məmmədova / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR