ETSN-in sektor müdiri: "Qanunsuz fəaliyyət göstərən iki süni balıqçılıq gölü xəbərdarlıqlara məhəl qoymur"

ETSN-in sektor müdiri: "Qanunsuz fəaliyyət göstərən iki süni balıqçılıq gölü xəbərdarlıqlara məhəl qoymur"
13:46 25 Aprel 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 25 aprel. REPORT.AZ/ "Qanunsuz fəaliyyət göstərən iki süni balıqçılıq gölü xəbərdarlıqlara məhəl qoymur". 
Bunu "Report"un Şirvan bürosuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 sayli Mingəçevir Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin ətraf mühitin monitorinqi və ekoloji təbliğat sektorunun müdiri Qərib Abdullayev deyib.
Onun sözlərinə görə, hazırda Mingəçevir şəhəri və Yevlax rayonu ərazisində qanunsuz olaraq iki balıq gölü fəaliyyət göstərir: "Onlardan biri Qarabağ kanalı yaxınlığında, digəri isə Mingəçevir-Yevlax ərazisində, Kür çayı hövzəsində yerləşir. Aparılan monitorinqlər və müvafiq qanunvericilik bu fəaliyyətin yolverilməz olduğunu təsdiq edir. Fəaliyyət üçün tələb olunan ekoloji ekspertiza rəyi mövcud deyil. Buna baxmayaraq torpaqları istismar yolu ilə gölə çevirən hər iki sahibkar qanunsuz fəaliyyətini davam etdirir. Nazirlər Kabinetinin qərarına əsasən istifadəyə yararlı torpaqların kateqoriyasının dəyişdirilməsi və təyinatının əksinə istifadə olunması yol verilməzdir. Yalnız Ekologiya və Təbii sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza İdarəsinin rəyi əsasında hər hansı istifadə növünü tətbiq etmək olar".

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/etsn-nin-sektor-mudiri-qanunsuz-fealiyyet-gosteren-iki-suni-baliqciliq-golu-xeberdarliqlara-mehel

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR