Boksçularımız Ukraynadan 3 medalla qayıdırlar

Boksçularımız Ukraynadan 3 medalla qayıdırlar
13:52 25 Aprel 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

Ukraynanın Herson şəhərində kişi boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Nikolay Manqerin xatirəsinə hər olunan yarışda Azərbaycanı təmsil edən "Gilan" klubunun idmançıları 3 medal qazanıblar.

Belə ki, Hersona yollanan 9 həmyerlimizdən Tural Əhmədov, Seymur İsayev (hər ikisi 60 kq) və Sadiq Səmədov (+91) yarımfinalda uduzduqlarından bürünc medalla kifayətləniblər. Cavad Quliyev (64 kq), Pərviz Hüseynov (69 kq), Elvin Məmmədov (75 kq), Elxan Əliyev (81 kq), Heydər Heydərov (91 kq) və Asəf Aslanlı (+91 kq) isə turnirdə ilk döyüşdə məğlub olublar.
 
Yarışa ölkəmizlə yanaşı, ev sahibləri, Moldova və Türkiyə boksçuları da qatılıblar. "Gilan" komanda hesabında 3-cü olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR