Azərbaycanda ilk rübdə 43 özəlləşdirmə hərracı keçirilib

Azərbaycanda ilk rübdə 43 özəlləşdirmə hərracı keçirilib
14:06 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal və operativ qaydada reallaşdırılması məqsədilə keçirilən hərracları davam etdirir.
Komitədən "Report"a verilən xəbərə görə, statistikaya əsasən, bu ilin birinci rübü ərzində ümumilikdə ölkə üzrə 43 hərrac keçirilib. Bunlardan 11-i Bakıda, 33-ü isə Azərbaycanın digər rayon və şəhərlərində baş tutub. Səhmdar cəmiyyətlərin səhmlərinin satışı üzrə 12 pul hərracı baş tutub. Hərracda kiçik dövlət müəssisə və obyekti, istifadəsiz qeyri-yaşayış sahəsi, nəqliyyat vasitəsi, səhmdar cəmiyyətləri özəlləşdirilir. Bu əmlaklar məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir.
ƏMDK tərəfindən istifadəyə verilən “Özəlləşdirmə portalı”ndan I rüb ərzində istifadə edənlərin sayı 200 minə yaxın olub. Ümumilikdə, fəaliyyətə başladığı dövrdən portalda 600 minə yaxın istifadəçi qeydə alınıb. Bu isə investorların heç bir mane olmadan keçirilən özəlləşdirmə prosesinə olan marağın göstəricisidir.
Komitə yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-ilk-rubde-43-ozellesdirme-herraci-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR