Siyavuş Novruzov: “Çoxlu sayda insanlarımız işsiz qalıb, pullar qara bazarda fırlanıb”

Siyavuş Novruzov: “Çoxlu sayda insanlarımız işsiz qalıb, pullar qara bazarda fırlanıb”
14:08 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

“Azərbaycanda 1 ilə yaxındır ki, valyuta dəyişmə məntəqlərinin ləğvi nəticəsində qara bazarda vətəndaşlarımızın aldadılması, valyutaların yüksək faizlə dəyişdirilməsi məsələləri gündəmdə idi. Vətəndaşlarımız da bundan əziyyət çəkirdi. Bu baxımdan hesab edirəm ki, məsələni qanun çərçivəsində həyata keçirməklə onun həllinə nail ola bilərik”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu günklü plenar iclasında “Valyuta tənzimi haqqında” qanun layihəsinin müakirəsi zamanı komitə sədri Siyavuş Novruzov bildirib.

S.Novruzov ölkəmizdə əvvəl mövcud olan valyuta dəyişmə məntəqələrinin təkmilləşdirilməsini təklif edib:

“Axı bizdə valyuta dəyişmə məntəqələri var idi. Yeni kəşfə ehtiyac yoxdur. Mövcud olanı təkmilləşdirib problemi həll etmək olar. Məsələ ilə bağlı qanunda çatışmazlıq varsa, onu qəbul edək, əgər fərman və ya sərəncama ehtiyac varsa o zaman bununla bağlı təqdimat verilsin”.

Ölkəmizdə 1 il müddətində 1000-dən artıq valyuta dəyişmə məntəqələrinin fəaliyyətinin dayandırıldığını vurğulayan S.Novruzov qeyd edib ki, bunun nəticəsində çoxlu sayda insanlarımız işsiz qalıb, pullar isə qara bazarda fırlanıb:

“Bundan əvvəl valyuta dəyişmə məntəqlərinin yerləri var və bu yerlər hər bir vətəndaşa məlum idi. Vətəndaşlarımızın istənilən vaxt gəlib həmin məntəqələrdə valyutasını dəyişirdi. Bu baxımdan hesab edirəm ki, bu məntəqələr yenidən bərpa edildikdə bu sahədə çalışanlara üstünlük verilməlidir. Çünki əvvəllər valyuta dəyişmə məntəqələrində çalışanların kifayət qədər təcrübəsi var. Hazırda bazar günləri yalnız bir valyuta dəyişmə məntəqəsi fəaliyyət göstərir ki, onun da qarşısında növbə durur. Bu məntəqələrin azaldılmasının mənası nədir? Ciddi nəzarət olunduqdan sonra qalan heç nəyə ehtiyac yoxdur”

Komitə sədri qeyd edib ki, valyuta dəyişmə məntəqələri deposit qoymamalıdırlar:

“Valyuta dəyişmə məntəqələri bank deyil ki, nizamnamə kapitalı qoysun. Banklarda ona görə nizamnamə kapitalı qoyur ki, sabah depoziti qaytara bilməsə bu məsuliyyət dövlətin üzərinə düşməsin. Türkiyədə və digər ölkələrdə bütün kommersiya banklarını dövlət özü qarant verir. Çünki onları elə sistem əsasında qururlar ki, bank müflis olduğu zaman dövlət vətəndaşın hüquqlarını qoruyub, müdafiə edir”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/196398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR