16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib
14:35 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, TRACECA-nın dəstəyi və "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə 26-28 aprel tarixlərində Bakı Ekspo Mərkəzində 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika "TransCaspian/Translogistica- 2017" sərgisi keçiriləcək. Bu gün Bakıda sərgiyə həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən "Iteca Caspian LLC" şirkətinin İcraçı direktoru Fərid Məmmədov 26-28 aprel tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq sərgi haqqında geniş məlumat verib.
 
F.Məmmədov qeyd edib ki, dəmiryol sektoru, dənizçilik sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat və nəqliyyat-loqistika xidmətləri sahəsində əsas dövlət strukturları ilə yanaşı, kommersiya təşkilatlarını da bir araya toplayan "TransCaspian/Translogistica" sərgisi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbiridir.
 
Həmçinin, "TransCaspian/Translogistica" sərgisi Böyük Britaniyanın "ITE Group plc" şirkətlər qrupu tərəfindən təşkil olunan "TransRussia" (Moskva), "TransPoland" (Varşava), "TransUzbekistan" (Daşkənd), "TransUkraine" (Kiyev) və "TransitKazakhstan" (Almatı) kimi ixtisaslaşmış nəqliyyat-loqistika sərgiləri, eləcə də "BreakBulk" beynəlxalq sərgilər (Antverpen, Hyuston, Şanxay, Əbu-Dabi, Kuala-Lumpur) və digər tədbirlər silsiləsinə daxildir.
 
Bu il "TransCaspian/Translogistica" sərgisində dünyanın 14 ölkəsini - Azərbaycan, Avstriya, Belarus, Qazaxıstan, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən 88 şirkət iştirak edir. Yeni şirkətlər sərgi iştirakçılarının 30%-ni təşkil edirlər. Bu il sərginin debütantları arasında "PTK", "ASFIL" şirkətlər qrupuna daxil olan müəssisələr, Minsk Vaqon Təmiri Zavodu və digərləri var.
 
 "TransCaspian/Translogistica 2017" sərgisi kommersiya şirkətləri ilə yanaşı, "Azərbaycan Dəmir Yolları" QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası, "Ukrzaliznytsa" Ukrayna Dəmir Yolları şirkəti, "Həştərxan Dəniz Limanı" QSC və digər bu kimi dövlət nəqliyyat strukturlarını bir araya toplayıb.
 
F.Məmmədov sərgidə nəqliyyat sahəsi üzrə məhsul və xidmətlərin geniş çeşidinin təqdim olunduğunu vurğulayıb.
 
 "Yükdaşımaları və Loqistika" sektorunda yük sahiblərinə yüklərin dəmiryol və dəniz vasitəsi ilə daşınması üçün optimal variantlar təklif olunur.
  
"Dənizçilik sənayesi" sektoru çərçivəsində çoxfunksiyalı qəza-xilasetmə gəmiləri, qayıq və çoxtəyinatlı sürət katerlərinin modelləri, eləcə də dəniz və çay gəmilərinin layihələndirilməsi, modernləşdirilməsi və yenidən təchiz olunması, habelə konversiya üzrə mühəndislik təminatı, ponton, yanalma körpüsü və yaxta limanlarının istifadəyə hazır şəkildə tikintisi təklif edilir.
 
Ənənəvi "Dəmiryol infrastrukturu və Hərəkət heyəti" sektorunda lokomotiv və vaqon modelləri, dəmiryol nəqliyyatının təmir və istehsalı üzrə xidmətlər, eləcə də avtomatik idarəetmə məhsulları, yanacaq sərfiyyatının qeydiyyat sistemi və lokomotiv dizelinin avtomatik buraxılması və dayandırılması, habelə diaqnostika üçün texnoloji avadanlıqlar təklif olunur.
  
İcraçı direktor bildirib ki, "TransCaspian/Translogistica" sərgisi ilə eyni platformada oxşar sektor üzrə daha iki sərgi: 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat" "Road&Traffic 2017" və 4-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar "CIBS-2017" sərgiləri də keçirilir.
 
7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat" "Road&Traffic 2017"
 
"Road&Traffic 2017" sərgisinin məqsədi isə yol, körpü və tunellərin tikintisi və layihələndirilməsi sahəsində əldə olunan ən son nailiyyətlərin təqdimatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi, ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü üçün şərait yaradılması və yol hərəkətinin təhlükəsizliyi sahəsində problemlərin həlli yollarının inkişaf etdirilməsidir.
 
Sərgi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, Nazirlər Kabineti Yanında Bakı Nəqliyyat Agentliyi, TRACECA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.
 
Bu il "Road&Traffic" sərgisi dünyanın 9 ölkəsini - Azərbaycan, Almaniya, ABŞ, Belarus, Çexiya, Çin, Rusiya, Türkiyə, Ukraynanı təmsil edən 21 şirkəti bir araya toplayıb. Sərgidə yol və körpülərin layihələndirilməsi və tikintisi, yolların işarələnməsi üçün texnika və avadanlıqlar, yol maneələri, geoloji planlaşdırma və kartoqrafiya, ərazinin "3D" formatlı modelləşdirilməsi, geodeziya avadanlıqları, yol üçün işıqlandırma sistemləri, asfalt-beton zavodları, yol üçün geosintetik materiallar,  yol-inşaat texnikası, nəqliyyat vasitələrinin hərəkət sürətini ölçmək üçün vasitələr, avtobuslar və bir sıra digər məhsullar təqdim olunur.
 
Sərgi iştirakçıları arasında "Azvirt", "Basler Lacke AG", "Cepas", "Gp Steuerungs - & Anlagenbau Gmbh", "Hofmann Gmbh", "Rubikon Geosystems", "Tekno Maccaferri" və "Wavetronix" kimi şirkətlər, eləcə də "Azəravtoyol" ASC yer alır. Bu il ilk dəfə olaraq sərgidə Bakı Nəqliyyat Agentliyi də iştirak edir. Ənənəvi olaraq, sərgidə yeni məhsullar, o cümlədən yolların işıqlandırılması üçün "Urban" və "Kordoba" məhsulları, eləcə də "Novoplast-praymer" qruntu təqdim olunur.
 
4-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar "CIBS-2017" sərgisi
 
İxtisaslaşdırılmış "CIBS 2017" sərgisi katerlər, yaxtalar, müxtəlif növ dəniz avadanlıqları, yaxt-klublar, su idmanı və su nəqliyyatının istehsalçı və distributorlarını birləşdirir. 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47389-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR