Sergey Lavrov: "ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə cəhd göstərdiyini görürük"

Sergey Lavrov: "ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə cəhd göstərdiyini görürük"
14:46 25 Aprel 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ "ATƏT-in Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin həllinə yardım etməyə cəhd göstərdiyini görürük. ATƏT-in Qafqazda sabitlik üzrə Cenevrə müzakirələrində müsbət iştirakını görürük".
"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan ATƏT-in baş katibi Lamberto Zanyer ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Nizamlama yolunda irəliləyiş üçün ciddi maneələr var. Amma bütün iştirakçı tərəflər kompromis üçün şərait yaratmaq niyyətindədir", - Rusiya XİN başçısı bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/sergey-lavrov-atet-in-dagliq-qarabag-munaqisesinin-helline-yardim-etmeye-cehd-gosterdiyini-goruruk

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR