Türkiyə Mərkəzi Bankının sabahkı iclasda uçot dərəcəsini sabit saxlayacağı gözlənilir

Türkiyə Mərkəzi Bankının sabahkı iclasda uçot dərəcəsini sabit saxlayacağı gözlənilir
15:07 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankının (TCMB) sabah, aprelin 26-da keçirəcəyi növbəti iclasında uçot dərəcəsini və digər maliyyə alətlərinin faizlərini dəyişməsi gözlənilmir. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, agentliyin 7-si xarici, 14-ü yerli, cəmi 21 maliyyə qurumu arasında apardığı sorğunun nəticələrinə əsasən, əksər iqtisadçılar sabahkı iclasda dəyişiklik proqnozlaşdırmır.
Lakin, Hollandiya "ING Bank"ının analitiki gec likvidlik dəhlizinin borcvermə faizinin 0,75 faiz bəndi artırılaraq 12,5%-ə çatdırılacağını düşünür. Xatırladaq ki, martın 16-da keçirilən son iclasda TCMB gec likvidlik borcvermə faizini 11%-dən 11,75%-ə yüksəldib.
"Report"un analitik qrupu xəbər verir ki, sabahkı iclasda uçot dərəcəsi artırılmasa, Türkiyədə dolların məzənnəsinin yenidən 3,60 lirə səviyyəsini keçməsi mümkündür.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiye-merkezi-bankinin-sabahki-iclasda-ucot-derecesini-sabit-saxlayacagi-gozlenilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR