Muğanlı-İsmayıllı və İsmayıllı-Şəki avtomobil yolları təmir olunur

Muğanlı-İsmayıllı və İsmayıllı-Şəki avtomobil yolları təmir olunur
15:11 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Yazın gəlişi ilə əlaqədar olaraq “Azəravtoyol” ASC payız-qış mövsümündə yağan yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir.
"Report" quruma istinadən xəbər verir ki, bu çərçivədə 40 kilometr uzunluğunda olan Muğanlı-İsmayıllı avtomobil yolunda cari təmir işləri aparılır.
Təmir işləri çərçivəsində yol boyu çiyin hissələr təmizlənərək bərkidilir, su ötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.
Bundan başqa yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir.
Anolojitəmir işləri deformasiyaya uğramış Qaraməryəmli-İsmayıllı-Şəki avtomobil yolunun 30-46-cı km-lik hissəsində də aparılır. 




Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/muganli-i-smayilli-ve-i-smayilli-seki-avtomobil-yollari-temir-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR