Mariya Şarapova tennisə qayıdır -

Nəhayət tennissevərlərin səbirsizliklə gözlədiyi an gəlib çatdı. Mariya Şarapova kortlara qayıdır.

Metbuat.az-ın məlumatına görə, rusiyalı raketka ustası "Ştuttqart Open" turnirində iştirak edəcək. Maşanın ilk rəqibi Roberta Vinçi olacaq. Qeyd edək ki, Şarapova "wild card" sayəsində "Ştuttqart Open"ə qatılır.

Xatırladaq ki, 2016-cı ilin yanvarında orqanizmində istifadəsi qadağan olunan preparat tapılan Şarapova 2 il müddətinə böyük idmandan diskvalifikasiya olunmuşdu. Lakin daha sonra qərara yenidən baxılmış və tennisçinin cəzası 15 aya qədər azaldılmışdı.

Şarapova - Vinçi matçı sabah Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR