Seneqalda balıqçı gəmisi qəzaya uğrayıb, 17 nəfər ölüb, 40 nəfər xəsarət alıb

Seneqalda balıqçı gəmisi qəzaya uğrayıb, 17 nəfər ölüb, 40 nəfər xəsarət alıb
15:41 25 Aprel 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Afrikanın qərbində yerləşən Seneqalın mərkəzində balıqçı gəmisinin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb, 40 nəfər xəsarət alıb.
“Report” “Associadet Press”ə istinadən xəbər verir ki, Seneqal Prezidenti Maki Sall ölkə üzrə üçgünlük matəm elan edib.
Gəminin göyərtəsində 60 nəfər olub.
Qeyd edək ki, Seneqalın mərkəzi hissəsi bir neçə kiçik adadan ibarətdir. Sakinlər adətən sərnişinlə dolu qayıqlarla hərəkət edirlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/seneqalda-baliqci-gemisi-qezaya-ugrayib-17-nefer-olub-40-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR