İsa peyğəmbərin qəbri tapıldı?

1980-ci ildə Qüdsün rayonlarının birində bina inşası üçün bünövrə qazılan zaman sərdabə tapılır. İnşaat işçiləri bu barədə dərhal arxeoloqlara xəbər verərək, sirli ərazini tərk edir.

Metbuat.az xəbər verir ki, araşdırma zamanı həmin sərdabədə əhəng daşından düzəldilmiş 6 ədəd tabut tapılıb. Tapılan tabutların üzərində İeşua, Mariya, Mariya Maqdalina, Matvey, İosif və İuda yazılarının olduğu müəyyən edilib. Müqəddəs Qəbirdə qeybə çəkilən peyğəmbərin izləri araşdırılır.

Ötən il sosial şəbəkələrdə İsa Peyğəmbərin qəbrinin açılmasını göstərən videolar yayılıb.
Arxeoloqlar Müqəddəs Məzar kilsəsində İsa Məsihin basdırıldığı yerdəki mərmər plitəni götürüblər. Həmin plitənin altında çoxlu daşlar aşkar edilib. Araşdırmalara görə, sözügedən daşlar İsa Məsihin üzərində basdırıldığı iddia edilən sal daşın parçalarıdır. Alimlər yaxın günlərdə həmin daş parçalarını birləşdirərək qəbrin orijinal görüntüsünü əldə etməyə çalışacaq. İnsanlar son 200 ildə ilk dəfə olaraq müqəddəsin qəbrini görəcək.

Hazırda dünya Vatikan rəhbərliyinin 37 il öncə Qüdsdə tapılan məzarların İsa Məsihə və onun ailəsinə məxsus olmasını təsdiqləməsini gözləyir.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR