“Gəncəbank”ın kreditorlarının bir hissəsi açıqlanıb

“Gəncəbank”ın kreditorlarının bir hissəsi açıqlanıb
15:46 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Gəncəbank” ASC-də yaradılmış Kreditorlar Komitəsinin üzvlərinin siyahısını açıqlayıb.
“Report”un məlumatına görə, Azərbaycanın 2 sığorta şirkətinin - “Atəşgah Həyat Sığorta” və “Başak İnam Sığorta” ASC-lərin, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF), “Azərbaycan İpoteka Fondu” ASC-nin, Azərbaycan Mərkəzi Bankının, Kənd Təsərrüfatı Nazirliyinin, Gəncə Regional Mühafizə İdarəsinin adı var.
Qeyd edək ki, “Gəncəbank”ın Kreditorlar Komitəsinin ilk iclası mayıən 5-də, saat 15:00-da Bankın Gəncə şəhəri, Atatürk prospekti, 205 ünvanında yerləşən inzibati binasında keçiriləcək. İclasın gündəliyinə Kreditorlar Komitəsinin Əsasnaməsi ilə tanışlıq, Komitə sədrinin və iclasın katibinin seçilməsi, Komitənin iş planının hazırlanması, növbəti iclasın tarixi və gündəliyinin müəyyən edilməsi məsələləri daxildir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/gencebank-in-kreditorlarinin-bir-hissesi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR