Sergey Lavrov Qarabağ münaqişəsindən danışdı:

Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Lamberto Zanyerlə görüşüb. Görüşün ardından mətbuat konfransı təşkil olunub.

Metbuat.az-ın məlumatına görə, mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandıran Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllini tapmasının qarşısını alan maneələr olduğunu vurğulayıb:

"ATƏT-in Dağlıq Qarabağ, o cümlədən Denstryanı münaqişələrin həllinə yardım etmək üçün göstərdiyi təşəbbüsü anlayırıq. ATƏT Qafqazda stabilliyin bərpa olunması üçün Cenevrə müzakirələrində aktiv şəkildə iştirak edir. Ancaq bütün bu sadalanan istiqamətlərdə həll uğrunda irəliləmənin qarşısında ciddi maneələr var. Buna baxmayaraq, bütün əlaqədar tərəflər kompromis üçün şərait yaratmaq niyyətindədirlər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR