Rusiyadan qaçaq siqaret keçirən şəxslər tutuldu

Rusiyadan qaçaq siqaret keçirən şəxslər tutuldu
15:54 25 Aprel 2017
79 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyadan Azərbaycana qaçaq siqaret keçirilməsinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin ayaqaltı hissəsindən 5700, günlük hissəsindən 400, arxa səsgücləndiricilərindən 500, hava filtri boşluğundan 400 ədəd olmaqla, ümumilikdə 7000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273054

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR