Milyarderdən MƏSLƏHƏT:

Dünyanın ən zəngin adamlarından olan meksikalı telekommunikasiya şirkətinin sahibi Karlos Slim maraqlı açıqlama ilə gündəmə gəlib.

Milyarder insanların həftədə 3 gün çalışmasının lazım olduğunu söyləyib. 79,6 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin adamı olan Slim Paraqvayda təşkil edilən bir konfransda çıxışı zamanı bu sözləri deyib.

O qeyd edib ki, insanların iş həyatları haqqında radikal bir dəyişiklik etmək vaxtı gəlib çatıb: “Həftədə 3 günlük iş ilə keyfiyyətli bir həyat və istirahət üçün daha çox zamanımız olar. 4 günlük boşluq müxtəlif fəaliyyət növləri ilə məşğul olmağa kömək ola bilər. Gündə 11 saatdan 3 günlük iş fəaliyyəti 50-60 yaş arasında təqaüdçü olacaq insanların 70-75 yaşına qədər işləməsinə də imkan verəcək”.

Telekommunikasiya firmasının sahibi olan Slimin şirkətində işləyənlər milyarder iş adamının şərhlərinə bənzər bir sistemdə çalışır. Təqaüdçü olan işçilər istəsələr həftədə 4 gün çalışaraq tam maaşlarını ala bilirlər. (Bizplus.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR