Pakistanda növbəti partlayış:

Pakistanın şimal-qərbində yerləşən Tayfalar bölgəsi kimi tanınan ərazidə yola döşənən və uzaqdan idarə olunan minalar partladılıb.

Metbuat.az-ın məlumatına görə, partlayış nəticəsində yoldan keçən mikroavtobusdakı 10 sərnişin dünyasını dəyişib. Onlardan ikisi azyaşlıdır.

Yaralıların Peşaverə aparılması üçün bölgəyə hərbi helikopterlər göndərilib.

Hələlik heç bir təşkilat insidentə görə məsuliyyəti öz üzərinə götürməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR