Türkiyə XİN: “AŞPA ilə əlaqələri yenidən nəzərdən keçirməyə məcbur olacağıq”

Türkiyə XİN: “AŞPA ilə əlaqələri yenidən nəzərdən keçirməyə məcbur olacağıq”
16:11 25 Aprel 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ “Türkiyənin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Montorinq Komitəsinin montorinqi altına alınması haqqında qərarı qınayırıq”.
“Report” NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən AŞPA-nın qərarına etiraz olaraq yaydığı bəyanatda qeyd olunub.
“AŞPA ilə əlaqələri yenidən nəzərdən keçirməyə məcbur olacağıq”, - sənəddə vurğulanıb.
Xatırladaq ki, aprelin 25-də AŞPA-da “Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsi müzakirə olunub. Sessiyada iştirak edən 170 deputatın 113-ü qəraın lehinə, 45-i əleyhinə səs verib. 12 deputat bitərəf qalıb.
Qeyd edək ki, Türkiyə 2004-cü ilədək monitorinq altında idi və 13 il əvvəl post-monitorinq mərhələsinə keçmişdi. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/aspa-ile-elaqeleri-yeniden-nezerden-kecirmeye-mecbur-olacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR