6 ay ərzində 263 dəfə 112-yə zəng vuran qadın

Hollandiyanın Maastrixt şəhərində qeyri-adi hadisə yaşanıb.

Metbuat.az-ın məlumatına görə, Hollandiyada yanğınsöndürmə idarəsi, polis və təcili tibbi yardım kimi xidmətləri özündə cəmləşdirən 112 nömrəsinə son 6 ayda 263 dəfə zəng edən qadın polis tərəfindən saxlanılıb. Həmçinin sözügedən şəxsin telefonu da əlindən alınıb.

Polis 46 yaşlı qadının gündə bir neçə dəfə aiddiyyatı olmayan mövzularla bağlı təcili kömək xəttini - 112-ni məşğul etməsini səbəb kimi göstərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR