Azərbaycan Yəmənə humanitar yardım gödərdi

Bu gün İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardım göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor Konfransı keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, tədbirdə ölkəmizi XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil edib.

İslam həmrəyliyi prinsipinə daim sadiq olan və 2017-ci ili “İslam Həmrəyliyi ili” elan edən Azərbaycan tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənə Donor Konfransı əsnasında humanitar yardım göstərildiyi qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR