Azərbaycan Premyer Liqasında 3-cü dəfə medalçılar eyni komandalar olub

Azərbaycan Premyer Liqasında 3-cü dəfə medalçılar eyni komandalar olub
16:17 25 Aprel 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ "Qarabağ", "Qəbələ" və "Qarabağ" son 4 mövsümdə 3-cü dəfə mükafatçılar sırasında yer alıb.
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bütün medalçılar Azərbaycan Premyer Liqasının XXVII turundan sonra müəyyənləşib. Eyni "3-lük" 2013/2014 və 2014/2015 mövsümlərində də medalçılar sırasına düşüb. Amma həmin vaxt gümüş “İnter”in, bürünc “Qəbələ”nin olub. Son 3 mövsümdə bürünc qazanan Qəbələnin eyniadlı klubu ardıcıl 4-cü dəfə mükafatçılar sırasına düşüb. Əyalət klubu tarixində 4-cü medalını və ilk "gümüş"ünü əldə edib.
“İnter” isə "bürünc" sayında “Qəbələ”yə çatıb. 3 dəfə üçüncü olan bakılılar 2 qızıl və 3 gümüş medala da yiyələnib. Ümumilikdə isə paytaxt futbolçuları 8-ci dəfə mükafata sahib olub.
Qeyd edək ki, indiyədək 25 ölkə çempionatından 24-də mükafatçılar müəyyənləşib. 2001/2002 mövsümündə klublar çempionatı davam etdirməkdən boyun qaçırıb, yarışı yarımçıq qoyublar. Klublar çempionatın qalan hissəsini qanunsuz şəkildə özbaşına təşkil edib, sona çatdırsa da, həmin nəticələr FİFA, UEFA, AFFA və PFL tərəfindən tanınmayıb.
mövsüm Çempion II yer III yer 1992 “Neftçi” Bakı “Xəzər” Sumqayıt “Turan” Tovuz 1993 “Qarabağ” Ağdam “Xəzər” Sumqayıt “Turan” Tovuz 1993/94 “Turan” Tovuz “Qarabağ” Ağdam “Kəpəz” Gəncə 1994/95 “Kəpəz” Gəncə “Turan” Tovuz “Neftçi” Bakı 1995/96 “Neftçi” Bakı “Xəzri” Buzovna “Kəpəz” Gəncə 1996/97 “Neftçi” Bakı “Qarabağ” Ağdam “Xəzri” Buzovna 1997/98 “Kəpəz” Gəncə “Dinamo” Bakı “Şəmkir” 1998/99 “Kəpəz” Gəncə “Şəmkir” “Neftçi” Bakı 1999/2000 “Şəmkir” “Kəpəz” Gəncə “Neftçi” Bakı 2000/01 “Şəmkir” “Neftçi” Bakı “Viləş” Masallı 2001/02 yarımçıq qalıb 2003/04 “Neftçi” Bakı “Şəmkir” “Qarabağ” Ağdam 2004/05 “Neftçi” Bakı “Xəzər-Lənkəran” “Karvan” Yevlax 2005/06 “Bakı” “Karvan” Yevlax “Neftçi” Bakı 2006/07 “Xəzər-Lənkəran” “Neftçi” Bakı “Bakı” 2007/08 “İnter” Bakı “Olimpik” Bakı “Neftçi” Bakı 2008/09 “Bakı” “İnter” Bakı "Simurq" Zaqatala 2009/10 “İnter” Bakı “Bakı” “Qarabağ” Ağdam 2010/11 “Neftçi” Bakı “Xəzər Lənkəran” “Qarabağ” Ağdam 2011/12 “Neftçi” Bakı “Xəzər Lənkəran” “İnter” Bakı 2012/13 “Neftçi” Bakı “Qarabağ” Ağdam “İnter” Bakı 2013/14 “Qarabağ” Ağdam “İnter” Bakı “Qəbələ” 2014/15 “Qarabağ” Ağdam “İnter” Bakı “Qəbələ” 2015/16 “Qarabağ” Ağdam “Zirə” Bakı “Qəbələ" 2016/17 “Qarabağ” Ağdam “Qəbələ" “İnter” Bakı

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinda-3-cu-defe-medalcilar-eyni-komandalar-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR