Messi yeni müqaviləyə nə vaxt qol çəkəcək?

Messi yeni müqaviləyə nə vaxt qol çəkəcək?
16:27 25 Aprel 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" rəhbərliyinin komandanın aparıcı futbolçusu Lionel Messi ilə nə vaxt yeni sözləşmə imzalayacağı bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, argentinalı futbolçunun atası Xorxe Messi bu məsələ ilə bağlı artıq bir neçə gündü ki, İspaniyadadır.

O, Argentinaya mayın əvvəlində qayıtmağı planlaşdırır. Məhz həmin vaxt kataloniyalılar Messi ilə müqavilənin müddətini rəsmən uzadacaq.
 
Yayda 30 yaşını tamamlayacaq ulduz futbolçunun "Barselona" isə hazırkı anlaşması 2018-ci ilin yayına kimi nəzərdə tutulub. "Barselona" rəhbərliyi işini ehtiyatlı tutaraq, indidən Messi ilə yeni müqavilə imzalamağa qərar verib.
 
Qeyd edək ki, bir müddət öncə Kataloniya klubunun idman direktoru Robert Fernandes açıqlamasında həm Lionel Messi, həm də Andres İnyesta ilə yeni sözləşməyə qol çəkəcəklərini əminliklə söyləmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR