Avropadan ABŞ-a təyyarə ilə elektronika cihazları gətirmək qadağan oluna bilər

Avropadan ABŞ-a təyyarə ilə elektronika cihazları gətirmək qadağan oluna bilər
16:31 25 Aprel 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkəyə Avropadan gələn təyyarələrdə noutbuk və digər böyük elektronika cihazları daşınmasını qadağan etməyi nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə mənbələrinə istinadən "The Guardian" yazıb.
Bildirilib ki, bu cür tədbirlərin səbəbi açıqlanmır. Eyni zamanda, qadağanın necə tətbiq olunacağı, elektonika cihazlarının göyərtədə yox, baqajda olmasına icazə verilib-verilməyəcəyi barədə məlumat yoxdur.
Qeyd edək ki, bu ilin mart ayında ABŞ hökumətinin bir sıra ölkələrdən olan sərnişinlər üçün əl yükündə mobil telefonların ölçüsündən böyük olan elektron cihazlar keçirməsini qadağan etdiyi məlum olub. Belə ölkələrə əsasən, Türkiyə, Misir, İordaniya, BƏƏ, Şimali Afrika və Yaxın Şərqin digər ölkələri aiddir. Vaşinqton belə addımları laynerlərin göyərtəsində terror təhlükəsinin artması səbəbindın atıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avropadan-abs-a-teyyare-ile-elektronika-cihazlari-getirmek-qadagan-edile-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR