Son 3 ayda istehsalat qəzalarında 10 nəfər ölüb

Son 3 ayda istehsalat qəzalarında 10 nəfər ölüb
16:34 25 Aprel 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2017-ci ilin birinci rübündə istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, onlardan 2 hadisə qrup halında baş verib. Qeyd olunan istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib, 24 nəfər xəsarət alıb.

 

İstehsalat qəzalarının daha çox tikinti və nəqliyyat, emal sənayesi və mədənçıxarma sahələrində, həmçinin özəl sektora aid müəssisələrdə baş verib. İstehsalatla əlaqəli bədbəxt hadisələrin hər biri ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun şəkildə təhqiqat işləri aparılıb və aidiyyəti üzrə tədbirlərin görülməsi təmin edilib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273053

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR