Türkiyədə NÖVBƏTİ TERROR: 4 şəhid, 1 yaralı

Türkiyədə NÖVBƏTİ TERROR: 4 şəhid, 1 yaralı
16:38 25 Aprel 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Şırnak vilayətinin Uludərə mahalı və Qars vilayətinin Kağızman mahalında terror aktları törədilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin keçdiyi vaxt PKK terrorçuları tərəfindən yola yerləşdirilən minanın partladılması nəticəsində 2 əsgər yaralanıb.

Əsgərlər vertolyotla Şırnak Dövlət Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Qarsın Kağızman mahalında isə eyni səbəbdən 2 əsgər şəhid olub, biri yaralanıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR