Fuad Muradov: "Ölkədə dövlətçilik naminə islahatlar aparılır"

Fuad Muradov: "Ölkədə dövlətçilik naminə islahatlar aparılır"
16:47 25 Aprel 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bir çox qanunları biz daha da genişləndirərək cəmiyyətə təqdim edirik. Gözün buynuz qişasının Azərbaycana gətirilməsi də bu məsələlərdən biridir".

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasındakı çıxışı zamanı parlamentin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri digər orqanların Azərbaycana gətirilməsinin mümkünlüyünü təklif edib:

"Niyə görə gözün buynuz qişasını gətirmək olar, ürək, qulaq və digər istiqamətlər üçün lazım olan orqanları gətirmək  olmaz? Əgər gətirmək olarsa, biz elə etməliyik ki, digər orqanlar da gətirilsin. Bunu insanlar gözləyir. Biz gözlə ürək arasında fərq qoymamalıyıq. Azərbaycanda gözün buynuz qişasını 3000 insan gözləyir. Amma bəlkə digər orqanları gözləyənlər ondan da çoxdur".

F.Muradov qeyd edib ki, ölkədə dövlətçilik naminə islahatlar aparılır. Prezident tərəfindən Milli Məclisə mütərəqqi qanun layihələri daxil olur və parlament də onlara baxaraq dəyərləndirir: "Burada heç kəsin şübhəsi yoxdur ki, biz cənab prezidentə və dövlətə bağlı və sədaqətli insanlarıq. Biz bütün həyata keçirilən islahatları dəstəkləyirik".

Lakin "Valyuta tənzimi haqqında" Qanunla da bağlı fikirlərini açıqlayan F.Muradov təəssüflə bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının təklif etdiyi qanun layihələrindən görünür ki, həmin sənədlər bu qurumun yalnız öz səlahiyyətlərini qaldırmaq istiqamətindədir.  

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR