Emmanuel Makron Dağlıq Qarabağ münaqişəsindən danışdı:

Fransada keçirilən prezident seçkilərinin birinci turunda qalib gələn Emmanuel Makron Dağlıq Qarabağ münaqişəsi haqqındakı fikirlərini bölüşüb.

Metbuat.az "France 24"ə istinadən xəbər verir ki, 39 yaşlı siyasətçi münaqişənin həllində maraqlı olduğunu bildirib:

"Prezident seçilsəm, Dağlıq Qarabağ münaqişəsinin tamamilə həllini tapması üçün maksimum səy göstərəcəyəm. Detalları açıqlaya bilmərəm. Ancaq bir şeyi siz də yaxşı anlayırsınız ki, bu problemin təkbaşına həlli mümkün deyil. Tərəflər də münaqişənin bitməsində maraqlı olmalıdırlar".

Qeyd edək ki, "En Marsche !" hərəkatının lideri mayın 7-də keçiriləcək prezident seçkilərinin ikinci turunda Marin Lö Penlə mübarizə aparacaq. İlk turda lazım olan səsi toplaya bilməyən digər namizədlərin də dəstəyini alan Emmanuel Makronun şansları yüksək qiymətləndirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR