“Amrahbank”da yeni təyinat olub

“Amrahbank”da yeni təyinat olub
16:51 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ “Amrahbank” ASC-nin Daxili audir Departamentinə yeni direktor təyin edilib.
“Report” Banka istinadən xəbər verir ki, bu, Səxavət Cabbarordur.
O, indiyə qədər sözügedən vəzifəni müvəqqəti icra edib.
Xatırladaq ki, "Amrahbank" 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39 844 400 manatdır. Bankın səhmlərinin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri, “Amrah Sığorta”nın 85%-lik səhmdarı), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə (“Amrah Sığorta”nın 15%-lik səhmdarı), 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amrahbank-da-yeni-teyinat-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR