İŞİD komandiri qadın paltarında yaxalandı - REAL GÖRÜNTÜ

17:04 25 Aprel 2017
189 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD komandirlərindən biri qadın paltarında yaxalanıb.
 
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, İraqın Mosul şəhərində İŞİD-ə qarşı antiterror əməliyyatları davam edir. İraqda Mosuldan başqa terrorçuların qaça biləcəyi yer qalmayıb. İraq polisi Mosul şəhərində İŞİD komandirlərindən birini ələ keçirib.
 
Terrorçu şəhərdəki evlərdən birində gizlənibmiş. Onun qadın donunda gizləndiyi bildirilir. İraq polisi onun yanındakı bütün döyüşçüləri öldürdüklərini deyib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273063

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR