"Neftçi"nin məşqçilər heyəti legioner limitini pozduqları üçün cərimələnəcək

"Neftçi"nin məşqçilər heyəti legioner limitini pozduqları üçün cərimələnəcək
17:07 25 Aprel 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ "Zirə" ilə Azərbaycan Premyer Liqasının XXVII tur matçında legioner limitini pozan "Neftçi" klubu AFFA İntizam Komitəsinin tətbiq etdiyi texniki məğlubiyyət cəzasına etiraz etməyəcək. 
"Report"un məlumatına görə, bu barədə klubun açıqlamasında bildirilir. "Ağ-qaralar" qərara hörmətlə yanaşdıqlarını və müvafiq tədbir görəcəklərini bəyan edib: "Təəssüf ki, legioner limiti olan çempionatlarda bəzən bu cür səhvlər olur. Bu səhvə görə əsas komandanın məşqçilər heyəti cərimələnəcək".
Qeyd edək ki, "Zirə" ilə oyunun 68-ci dəqiqəsində Ruslan Abışovun əvəzinə meydana Huqo Barqasın daxil olması ilə legioner limiti pozulub. İntizam Komitəsi görüşün nəticəsini ləğv edərək, "Neftçi"yə texniki məğlubiyyət verib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-nin-mesqciler-heyeti-legioner-limitini-pozduqlari-ucun-cerimelenecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR