Cocuq Mərcanlıda top mərmisinin döyüş başlığı və piyada əleyhinə mina aşkarlanıb

Cocuq Mərcanlıda top mərmisinin döyüş başlığı və piyada əleyhinə mina aşkarlanıb
17:17 25 Aprel 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1 344 ədəd qəlpə, 1 ədəd 122 mm-lik Ş-1 top mərmisinin döyüş başlığı (DTM-75) və 1 ədəd piyada əleyhinə OZM-72 minası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.
ANAMA tərəfindən 37 682 kv.m ərazi (2 872 kv.m əl, 13 400 kv.m mexaniki üsulla və 21 410 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlanılıb.
Agentlik 67 gün ərzində Cocuq Mərcanlıda 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirib, 30 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 8 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 7 ədəd piyada əleyhinə mina (OZM-72) və 67 ədəd tank əleyhinə mina (17 ədəd TM-57 minası və 50 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar edərək zərərsizləşdirib, 2 274 401 kv.m ərazi (491 737 kv.m əl, 678 800 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 990 864 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik tərəfindən yanvarın 1-dən aprelin 25-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 8 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 135 ədəd partlamamış hərbi sursat, 108 ədəd tank əleyhinə mina və 11 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 333 165 kv.m ərazi (550 501 kv.m əl, 678 800 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 990 864 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlanılıb.









Xəbərin orijinal ünvanı: https://report.az/herbi/cocuq-mercanlida-top-mermisinin-doyus-basligi-ve-piyada-eleyhine-mina-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR