Kiyevdə siqaretə qadağa qoyulacaq

Kiyevdə siqaret çəkilişi qadağan olunacaq.

Metbuat.az xəbər verir ki, qadağa tezliklə keçiriləcək “Avroviziya” musiqi yarışması ilə bağlıdır.

Turistlərin yüksək səviyyədə qəbul olunması üçün ölkədə ciddi tədbirlər aparılır. Qaydaları pozan tütün məhsullarının istehsalı ilə məşğul olan şirkətlərə qarşı ciddi tədbirlər görülür.

Qeyd edək ki, Ukrayna yarışma çərçivəsində 20 min musiqiçi qəbul edəcək ki, onlardan 40%-i xaricilərdir. Müsabiqənin keçirilməsinə 200 milyon qrivna ayrılıb. Yarışmada təhlükəsizliyin qorunmasına isə 10 min mühafizəçi cəlb edilib.

Aytən Novruzova / Metbuat


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR