Bakıda küçə ticarətinə qarşı REYD

Bakıda küçə ticarətinə qarşı REYD
18:05 25 Aprel 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamenti paytaxt ərazisində qanunsuz küçə ticarətinə qarşı reydlərə başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, İslamiada ilə bağlı bəzi ticarətçilərə icazələrin verilməsi dayandırılıb:

"İstisna hallarda bəzi parklarda, bağlarda, insanların hərəkətinə və rahatlığına maneçilik törətməyən ərazilərdə küçə ticarətinin satışına icazə verilirdi. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxta xarici turistlərin gəlişinin çoxluğunu nəzərə alaraq, artıq həmin hallarda da ticarətə icazə verilməsi dayandırılıb. Bu məsələlərə Oyunlar başa çatandan sonra yenidən baxılacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR