"Azəriqaz" Bakını qazsız qoydu - Əhali əlacsız qalıb

"Azəriqaz" Bakını qazsız qoydu - Əhali əlacsız qalıb
18:05 25 Aprel 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Artıq bir neçə gündür ki, Bakıda təbii qaz verilişində məhdudiyyətlər yaranıb.
 
Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, Bakının Binəqədi, Nəsimi, Suraxanı, Yasamal, Xətai və Sabunçu rayonunda təbii qazın verilməsində problem yaranıb.
 
Sakinlərin sözlərinə görə, bir neçə gündür ki, qaz səhər saatlarından etibarən kəsilir, axşam 18:00-dan sonra verilir. 
 
Sakinlərin daha bir şikayəti isə "Azəriqaz İB-in qaynar xətti kimi fəaliyyət göstərən 185 və 104 nömrələri ilə bağlı olub. Əhali problemlə bağlı bu nömrələrə zəng etsə də, kobud cavabla üzləşiblər: "Buna görə bizə zəng etməyin, qazın nə vaxt gələcəyini bilmirik".
 
Məsələylə bağlı "Azəriqaz" İB-lə əlaqə saxlasaq da, mətbuat xidməti də telefonlara cavab vermədi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR