FHN xüsusi taktiki təlim keçirdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə "Yanğınsöndürmə və xilasetmə işlərinin təşkili" mövzusunda xüsusi taktiki təlim keçirib.

FHN-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, təlimin birinci mərhələsində şərti olaraq baş vermiş yanğının qarşısının alınması, otel personalı və qonaqların təxliyəsi, onlara ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirmə məşğələsi keçirilib, yanğın təhlükəsizliyi haqqında broşurlar və plakatlar paylanıb.

Təlimin ikinci – praktik mərhələsində FHN DYMX-nin xüsusi texnikası və canlı qüvvəsi, həmçinin, Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşlarının iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardım göstərilməsi üzrə məşqlər keçirilib.

Təlimə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 6 ədəd xüsusi texnikası və 55 nəfər canlı qüvvəsi cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR