FHN İslamiada ilə bağlı təlim keçirib

FHN  İslamiada ilə bağlı təlim keçirib
18:24 25 Aprel 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi  ilə  "Yanğınsöndürmə və xilasetmə işlərinin təşkili" mövzusunda xüsusi taktiki təlim keçirib.

 Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təlimin birinci mərhələsində şərti olaraq baş vermiş yanğının qarşısının alınması, otel personalı və qonaqların təxliyəsi, onlara ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirmə məşğələsi keçirilib, yanğın təhlükəsizliyi haqqında broşurlar və plakatlar paylanıb. 

 

Təlimin ikinci – praktik mərhələsində FHN DYMX-nin xüsusi texnikası və canlı qüvvəsi, həmçinin, Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşlarının iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardım göstərilməsi üzrə məşqlər keçirilib.

 

Təlimə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 6 ədəd xüsusi texnikası və 55 nəfər canlı qüvvəsi cəlb olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273073

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR