Türkiyəli nazir Bakıya gəldi - FOTO

Türkiyəli nazir Bakıya gəldi - FOTO
18:37 25 Aprel 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Bakıya gəlib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün nazir Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
 
Həmçinin akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
 
Sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. F. Kaya Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk Şəhidliyi" abidəsinin önünə də əklil düzüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/538698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR