Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və təsərrüfat sahiblərinə xəbərdarlıq edib

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və təsərrüfat sahiblərinə xəbərdarlıq edib
18:37 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Bir sıra kütləvi informasiya vasitələrində aprelin 22-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində iribuynuzlu heyvanların naməlum səbəbdən tələf olması barədə yayılan məlumatlarla bağlı Dövlət Baytarlıq Nəzarəti Xidmətinin İsmayıllı Rayon Baytarlıq İdarəsinin əməkdaşları araşdırma aparıblar. 
Nəzarət Xidmətinin Mətbuat Katibliyindən "Report"a bildirilib ki, araşdırmalar zamanı kənd sakinləri Mirzəyev Əlimöhsümə və Həsənov Namiqə məxsus şəxsi təsərrüfatlarda cəmi iki baş südəmər buzovun tələf olması müəyyənləşib.
Eyni zamanda araşdırmalar zamanı kəndin digər təsərrüfatlarında iribuynuzlu heyvanların ölməsi qeydə alınmayıb. Ölmüş buzovlarda aparılan patoloji-anotomik yarma zamanı onların bağırsaqlarında çoxlu sayda askarid qurdlarının olması müəyyən edilib. Tələf olmuş buzovlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək ərazi dezinfeksiya edilib. Eləcə də təsərrüfat sahiblərinə müvafiq mütəxəssis məsləhətləri verilib.
Yanvar ayından bu günə kimi (4 ay ərzində) Qubaxəlilli kəndində, ümumilikdə 4 baş iribuynuzlu heyvan (sudəmər buzov) ölüb. Bu heyvanlar isə ayrı-ayrı təsərrüfatlarda olmaqla terapevtik xəstəliklərdən tələf olublar. Qubaxəlilli kəndində, eləcə də rayonun digər kəndlərində iribuynuzlu heyvanların kütləvi tələf olması faktına təsadüf edilməyib.
"Heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya və zoogigiyenik tələblərə cavab verən şəraitdə saxlanmalı və bəslənməlidir. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın", - deyə Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırıb.
Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, ölkədə heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələfolma halları mövcud deyil, epizootoloji sabitliyə nəzarət olunur və epizootik vəziyyət sabitdir.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/dovlet-baytarliq-nezareti-xidmeti-ehaliye-ve-teserrufat-sahiblerine-xeberdarliq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR