Bakıda bir-birinə bitişik 3 EV YANDI

Bakıda bir-birinə bitişik 3 EV YANDI
18:52 25 Aprel 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yaşayış evlərində yanğın hadisəsi baş verib.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami rayonunda bir-birinə bitişik tikilmiş, vətəndaşlara məxsus ümumi sahəsi 108 kvadratmetr olan 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ümumi sahəsi 30 kvadratmetr olan 2 otaqlı evin 1 otağı 15 kvadratmetr sahədə və ümumi sahəsi 36 kvadratmetr olan 2 otaqlı evin tavanı 36 kvadratmetr sahədə yanıb.

Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/538701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR