Bakıda 3 otaqlı evdə yanğın baş verib.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Nizami rayonunda bir-birinə bitişik tikilmiş, vətəndaşlara məxsus ümumi sahəsi 108 m2 olan 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ümumi sahəsi 30 m2 olan 2 otaqlı evin 1 otağı 15 m2 sahədə və ümumi sahəsi 36 m2 olan 2 otaqlı evin tavanı 36 m2 sahədə yanıb.
Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.