"Sinəsini açıb, ora-burasını oynadır" - Nadir

"Sinəsini açıb, ora-burasını oynadır" - Nadir
19:05 25 Aprel 2017
129 Şou
Ölkə mətbuatı
A- A+

"Mağazaya, gəzməyə gedəndə məni küçədə görənlər "əjdaha" deyə müraciət edirlər. Düşünürəm ki, nəvələrim də mənə "əjdaha baba" deyəcək".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nadir Qafarzadə "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.

Sənətçi son günlər hər kəsə "star" deyə müraciət olunmasını qınayıb:

"Gəlirlər sinələrin, ətəklərin açırlar, ora-burasını oynadıb adlarını da "star" qoyurlar. Xaricdən gələn ən zəif müğənnini belə biz burada yuxarı qaldırırıq. Halbuki öz ölkəsində ona zibil yeşiyinin yanında da yer yoxdur. "Star" sözünü ucuzlaşdırıblar".

N.Qafarzadə həmkarlarını qeyri-səmimilikdə günahlandırıb:

"Bəziləri kamera qarşısında olanda yüz şey tələb edir: "Oradan yox, buradan çək. Elə et buram düşməsin". Sonrada başlayır ki, nə danışım? Bu da qeyri-səmimilikdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/538585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR