Konte Mourinyoya söz atdı

Konte Mourinyoya söz atdı
19:12 25 Aprel 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin baş məşqçisi Antonio Konte komandasının cari mövsümdəki çıxışını dəyərləndirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis ilk mövsümündə londonluların çempionluğa doğru irəliləməsini pulla əlaqələndirməyib.

Ötən yay transferlərə ən çox pul xərcləyən komandanın "Mançester Yunayted" olduğunu vurğulayan Konte həmkarı Joze Mourinyonun da ünvanına söz atıb. O, uğurlarının sirrinin maliyyədə olmadığını söyləyib: "Cari mövsümdəki nəticələr futbolda ən çox pul xərcləyənin hər zaman qalib gələ bilmədiyini göstərdi. Hər şey pulla ölçülsəydi, indi çempionata "Mançester Yunayted" başçılıq edərdi. Əsas məsələ sistemi tətbiq etmək və oyun üslubunuza uyğun futbolçuları tapmaqdı. Çempionluq uğrunda mübarizə aparmaqla yanaşı, gələcəyin komandasını da qurmağa çalışırıq".
 
Qeyd edək ki, mövsümün əvvəlində transferlərə "Mançester Siti" 175, "Mançester Yunayted" 150, "Çelsi" isə 123 milyon avro pul xərcləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR