Emmanuel Makronun ilk turda qələbəsi zəngin avropalılara 27 mlrd. dollar qazandırıb

Emmanuel Makronun ilk turda qələbəsi zəngin avropalılara 27 mlrd. dollar qazandırıb
19:37 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Fransada prezident seçkilərinin birinci turunun maliyyə bazarları tərəfindən arzuolunan namizəd Emmanuel Makronun qələbəsi zəngin avropalıların kapitallarını 27 mlrd. ABŞ dolları artırıb. 
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, seçkilərdən sonrakı ilk iş günü, aprelin 24-də avropanın fond birjalarının yüksələrək son 19 ayın maksimal səviyyəsinə çatması nəticəsində "Bloomberg"in "Billionaire İndex"i (Milyarderlər indeksi) 2,6% artım göstərib.
Gün ərzində kapitalı 2,7 mlrd. dollarla ən çox artan zəngin Amansio Orteqa olub. O, məşhur "Zara" imperiyasının sahibidir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/emmanuel-makronun-ilk-turda-qelebesi-zengin-avropalilara-27-mlrd-dollar-qazandirib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR